...

Qarabağ Universitetindən TDT və İƏT ölkələrindən tələbələr təhsil alacaq - Emin Əmrullayev

Gündəm Materials 30 Noyabr 2024 21:41 (UTC +04:00)
Qarabağ Universitetindən TDT və İƏT ölkələrindən tələbələr təhsil alacaq - Emin Əmrullayev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Qarabağ Universitetində Türk Dövlətləri Təşkilatına (TDT) və İslam Əməkdaşlıq Təçkilatına (İƏT) üzv ölkələrdən tələbələr də təhsil alacaq.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Növbəti ildən Prezident İlham Əlieyevin tapşırığıyla türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərdən tələbələrin Qarabağ Universitetində təhsil alması planlaşdırılır”, - o bildirib.

Nazir qeyd edib ki, həmçinin, Azərbaycanla dostluq münasibətləri saxlayan ölkələrin də tələbələrini növbəti ildən qəbul edəcək.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti