...

Ötən il 19 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib - Kamran Əliyev

Gündəm Materials 27 Yanvar 2025 11:34 (UTC +04:00)
Ötən il 19 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib - Kamran Əliyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

"2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunub, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib", - o bildirib.

Həmçinin, bildirilib ki, 2024-cü ildə 52 prokurorluq işçisi işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib.

Həmçinin, 2024-cü ildə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə 55 şəxs işə qəbul edilib, 85 şəxs isə həvəsləndirilib.

Bundan başqa, hesabat dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarla təltif edilib (onlardan 3 nəfər “Tərəqqi” medalı ilə, 11 nəfər isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti