...

Bərdədə polis əməliyyat keçirib: 3 kiloqram tiryək aşkarlanıb (VİDEO)

Gündəm Materials 10 Fevral 2025 09:42 (UTC +04:00)
Bərdədə polis əməliyyat keçirib: 3 kiloqram tiryək aşkarlanıb (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti