Bakı. Trend:
Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, aparılan yoxlamalar zamanı spirtli içki qəbul edərək avtomobil idarə edən 3, narkotik vasitənin təsirində olan 1 sürücü müəyyən edilib.
Bildirilir ki, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.