Bakı. Trend:
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Trend-ə bildirilib ki, günəşin fəallığı qismən zəifləyib.
"Günəşin səthində ləkələrin sayı azalaraq 10 ləkə qrupunda 139 ləkə müşahidə olunur.
Günəş küləyinin maksimal sürəti 829 km/san-dək artıb. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hazırda Günəş küləyinin sürəti 494 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 7 nT, radial istiqamətdə isə 3.80 nT təşkil edir.
Avroraların müşahidə olunması ehtimalı yuxarı coğrafi enliklərdə 25 faiz, orta coğrafi enliklərdə isə 1 faizdir.
Geomaqnit sahəsi –Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiri ilə martın 3-də qeyri-sabit olacaq, martın 4-5-də isə G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir",- məlumatda qeyd edilib.