...

UNEC-in Zaqatala filialında dərslər türkiyəli professorlar tərəfindən aparılır (FOTO)

Gündəm Materials 13 Yanvar 2026 11:23 (UTC +04:00)
UNEC-in Zaqatala filialında dərslər türkiyəli professorlar tərəfindən aparılır (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

UNEC-in Zaqatala filialında Türkiyənin aparıcı universitetlərinin professorları tədris prosesinə cəlb olunub.

Bu barədə Trend-ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, Zaqatala filialında qiyabi təhsilalma forması üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq akademik təcrübənin tədris prosesinə inteqrasiyası məqsədilə Sakarya Universitetinin professoru Fərrux Tuzcuoğlu və Bolu Abant İzzet Baysal Universitetinin professoru Hasan Tutar semestr ərzində qiyabi təhsil alan tələbələrə “Ətraf mühitin iqtisadiyyatı”, “Beynəlxalq marketinq” və “Strateji marketinq” fənlərini tədris edirlər. Tədris prosesi mövcud tədris planlarına uyğun olaraq, müasir elmi yanaşmalar və beynəlxalq akademik təcrübə əsasında təşkil olunur. Dərslər zamanı mövzular aktual iqtisadi və marketinq prosesləri kontekstində izah edilir, real praktik nümunələrdən istifadə olunur.

Xarici professorlarla filial tələbələrinin birbaşa akademik təması tədris prosesinin məzmununun zənginləşdirilməsinə, tələbələrin analitik və tətbiqi biliklərinin inkişafına, eləcə də fərqli akademik yanaşmalar və tədris mədəniyyətinin mənimsənilməsində mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti