...

Xaçmazın icra başçısı 20 yaşı tamam olan şəhid övladını təbrik edib (FOTO)

Gündəm Materials 27 Yanvar 2026 17:26 (UTC +04:00)
Xaçmazın icra başçısı 20 yaşı tamam olan şəhid övladını təbrik edib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində şəhid İlqar Şəmiyyət oğlu Hüseynlinin ailəsini ziyarət edib.

Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, Elnur Rzayev bu günlərdə 20 yaşı tamam olan şəhidin qızı Leyla Hüseynlini təbrik edərək ona xoş arzularını çatdırıb. Həmçinin doğum gününü qeyd edən Leylaya xatirə hədiyyələri təqdim edib.

Görüş zamanı icra başçısı şəhid ailəsi ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti