...

“Barselona” Bakıya gələ bilər

Gündəm Materials 29 Yanvar 2026 11:00 (UTC +04:00)
“Barselona” Bakıya gələ bilər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Ağdam təmsilçisi “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsini 22-ci yerdə başa vuraraq pley-offa yüksəlib.

Trend-in xəbərinə görə, Azərbaycan çempionunun pley-offun 1/161/8 mərhələlərindəki potensial rəqibləri məlum olub.

Belə ki, “Köhlən atlar” 1/16 final mərhələsində Fransanın PSJİngiltərənin “Nyukasl” klublarından birinə rəqib olacaq.

Komandamız bu mərhələni adlasa, 1/8 final mərhələsində İspaniya çempionu “Barselona” və dünya çempionu, Liqa mərhələsində Bakıda qonaq etdiyi “Çelsi” klublarından biri ilə qarşılaşacaq. Bu mərhələnin püşkatma mərasimi fevralın 27-də keçiriləcək.

Əlavə edək ki, pley-off mərhələlərində komandalar arasında evsəfərdə keçirilməklə iki görüş baş tutur. “Qarabağ” da ev oyunlarını Bakıda keçirir.

Məlumat üçün bildirək ki, “Qarabağ” Liqa mərhələsini 10 xalla 22-ci yerdə tamamlayıb. Evdə “Kopenhagen” (2:0), “Çelsi” (2:2), “Ayaks” (2:4), “Ayntraxt”la (3:2) qarşılaşan region klubu “Benfika” (3:2), “Atletik” (1:3), “Napoli” (0:2) və “Liverpul” (0:6) səfərinə yollanıb.

Qeyd edək ki, Liqa mərhələsində 9-24-cü yerləri tutan komandaların mübarizə aparacağı 1/16 final mərhələsinin püşkatma mərasimi yanvarın 30-u Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. İlk oyunlar 17-18 fevral, cavab görüşləri isə 24-25 fevral tarixlərində baş tutacaq. Turnir cədvəlində daha aşağı pillədə yer alan komandalar ilk oyunu evdə, cavab matçını isə səfərdə keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti