...

Xaçmazda növbəti vətəndaş qəbulu keçirildi (FOTO)

Gündəm Materials 11 Fevral 2026 14:25 (UTC +04:00)
Xaçmazda növbəti vətəndaş qəbulu keçirildi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də ərazi icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların növbəti fərdi qəbulunu keçirib.

Trend xəbər verir ki, qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər.

Müraciətlər məşğulluq, sosial müavinət, səhiyyə və digər sahələri əhatə edib.

Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti