...

Ələt-Astara magistralında yol qəzası

Hadisə Materials 18 Oktyabr 2007 21:01 (UTC +04:00)

Azərbaycan,Lənkəran/ Trend ,müxbir P.Əliyeva/Bu gün saat 19- radələrində,Ələt-Astara magistral yolunun 210 km-də,Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində yol qəzası baş verib.İran vətəndaşı,Ərdəbil sakini,1969-cu il təvəllüdlü Fərhad Behruzinin idarə etdiyi THR 74-901 nömrə nişanlı,Tələm-baran şirkətinə məxsus yük konteyneri aşıb.Hadisə nəticəsində kənd sakini Salayeva Zabitəyə məxsus evin hasarına və bir neçə meyvə ağacına ziyan dəyib.Hadisəyə səbəb, Gəncəyə mebel aparan sürücünün,yolun döngə hissəsini keçərkən, maşını sürətlə idarə etməsi olub. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti