...

Qax rayonunda qətl hadisəsi baş verib

Hadisə Materials 28 Oktyabr 2007 09:59 (UTC +04:00)

Azərbaycan, Qazax/ Trend müxbir Elnur Quliyev/ Qax rayonunda qətl hadisəsi baş verib. Şıxlar kənd sakini 17 yaşlı Əhmədova Ramilə Xalid qızı həyat yoldaşı tərəfindən boğularaq öldürülüb.

Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə cümə günü təqribən saat gecə 04:10 radələrində

rayonun Uzuntala kəndində ölüm hadisəsi barədə şöbəyə daxil olan məlumat əsasında, əməliyyat qrupu hadisə yerinə gedib. Məlum olub ki, kənd sakini 1985-ci il təvəllüdlü Ibrahimov Məhəmməd Ramil oğlu həyat yoldaşı 17 yaşlı Əhmədova Ramilə Xalid qızını ailə münaqişəsi zəminində boğaraq öldürüb.

Polis Şöbəsindən hadisə ilə bağlı Ibrahimov Məhəmməd Ramil oğlunun saxlanıldığı və faktla bağlı Azərbaycan respublikası Cinayət Məcəlləsinin 121.1 maddəsi ilə cinayət işinin açıldığı, istintaq aparıldığı bildirildi.

Qax ölkənin şimal-qərbində, paytaxt Bakıdan 402 km məsafədə yerləşir. Əhalisi 52.000 nəfərdir.

Xəbər lenti

Xəbər lenti