...

Tovuzda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 12 Dekabr 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Tovuz rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Tovuz rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Oruc Əmiraslanov çərşənbə günü Trend ə bildirib ki, dünən axşam saatlarında Bakı-Qazax yolunun 145-ci kilometrliyində rayonun Düz Qırıqlı kəndi ərazisində 1971-ci il təvəllüdlü Tovuz rayon sakini Şəmistan Zirəddin oğlu İsmayılovun idarə etdiyi "Qazel" markalı yük maşını ilə, Gəncə şəhər sakini Tofiq Mirzəoğlunun idarə etdiyi "Mercedes" markalı avtomaşın toqquşub. Qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü və onun sərnişini Hicran Aydın qızı Novruzova hadisə yerində, Ədalət Aydın oğlu Novruzov isə xəstəxanada vəfat edib. Avtomaşında olan digər sərnişin Pərvanə Ağasayıb qızı Abbasova Düz Qırıqlı kənd Xəstəxanasına yerləşdirilib, onun vəziyyətinin orta olduğu bildirilir. Əmiraslanov qəzanın baş verməsinə ehtimal kimi "Qazel" markalı yük maşınının "Mercedes" markalı avtomaşının hərəkət zolağına çıxmasını göstərib.

Faktla bağlı Tovuz rayon Polis İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi (263.3) ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tovuz paytaxt Bakıdan 420 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti