...

Şəkidə zəhərlənən ailənin dörd üzvünün vəziyyəti ağırdır

Hadisə Materials 13 Dekabr 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Şəki şəhərində zəhərlənən bir ailənin dörd üzvünün vəziyyəti ağırdır, cümə axşamı Trend ə Şəki şəhər Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Arif Səmədov bildirib.

Bu gün səhər 9:30 radələrində Şəkinin Daşüz kəndində Səlimovlar ailəsinin 8 üzvündən 7-si zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.

Səmədov deyib ki, ilkin diaqnozdan Səlimovlar ailəsinin evdə düzəltdikləri pomidor turşusundan zəhərləndikləri məlum olub. Ailə üzvlərindən ata 1958-ci il təvəllüdlü Şərif Səlimovun və onun 3 oğlunun vəziyyəti ağırdır.

Şəki paytaxt Bakıdan 350 kilometr aralıda yerləşir.

Xəbər lenti

Xəbər lenti