Azərbaycan, Bakı, 20 fevral/ Trend / Çərşənbə günü axşam Bakıda Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib. 88 № -li marşrutu ilə hərəkət edən avtobus və QAZ 3110 markalı minik avtomobili toqquşub. Avtobusda bir neçə sərnişin olub. Hadisə nəticəsində avtobusun və minik avtomobilinin sərnişinləri xəsarət almayıblar.
YNH-da kimin günahkar olması hələ məlum deyil.
Təhqiqat aparılır.