...

Daşkəsəndə qasırğa olub

Hadisə Materials 22 Fevral 2008 12:56 (UTC +04:00)

Azərbaycan, Gədəbəy, 22 fevral / Trend , müxbir G.Rafiqqızı/ Daşkəsən rayonunda fevralın 19-21-də əsən güclü külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Bu barədə cümə günü Trend -a Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev məlumat verib.

Daşkəsənin elektrik təsərrüfatına dəyən ziyana görə rayonda 2 gündür elektrik enerjisi fasilələrlə verilir.

Qocayev bildirib ki, güclü külək rayonda 50 kilometrlik elektrik kabelini və 3,5 kilometrlik naqilləri sıradan çıxarıb. Qasırğa nəticəsində rayonun bir elektrik transformatoru yanıb. Külək həmçinin yaşayış evlərinin dam örtüklərinə də ziyan vurub.

Hazırda baş vermiş güclü külək nəticəsində dəyən ziyanın miqdarı müəyyənləşdirilir və əhalini elektrik enerjisi ilə tam təmin etmək üçün bərpa işləri aparılır.

Daşkəsən paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti