...

Azərbaycanda üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 19 Mart 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend ", müxbir A.Salmanov/ Azərbaycanda martın 18-i axşam saatlarında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə günü Trend a bildirilib ki, dünən saat 19.30 radələrində paytaxt Bakıdan 410 kilometr qərbdə yerləşən Gədəbəy rayonunun Slavyanka kəndində, rayon sakinləri Eldar Verdiyevin idarə etdiyi "Jeep" markalı və Kamal Səlimovun idarə etdiyi "Niva Shevralet" markalı avtomaşınlar toqquşub. Nəticədə Verdiyev və sərnişini, həmyerlisi Vəzir Quliyev, habelə "Niva Shevralet" markalı avtomobilin sərnişini Ramin Hümbətov hadisə yerində ölüblər, xəsarət almış Səlimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti