...

Güclü külək Azərbaycanın qərb bölgəsinə ciddi ziyan vurub

Hadisə Materials 30 May 2008 13:15 (UTC +04:00)

Azərbaycan, Gəncə, 30 may / Trend , müxbir V.Məmmədov/ Dünən axşam saatlarından əsən güclü külək Azərbaycanın qərb bölgəsinin kənd təsərrüfatına ciddi ziyan vurub. Bu barədə Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov məlumat verib. Onun sözlərinə görə, güclü külək taxıla və meyvə ağaclarına ciddi ziyan vurub.

"İlkin ehtimala görə, meyvə ağaclarında məhsulun 50-60 faizi yerə tökülüb" - deyə Abbasov bildirib.

Abbasov təbii fəlakətin taxıl məhsuldarlığına ciddi təsir edəcəyini qeyd edib.

Güclü külək Azərbaycanın qərb bölgəsinin elektrik sisteminə də ciddi ziyan vurub. Gəncə Enerji Təchizat MMC-nin direktoru Eldar Eldarovun verdiyi məlumata görə, külək Samux, Gəncə və Goranboy rayonlarının elektrik sisteminə təxminən 40-50 min manat məbləğində ziyan vurub. Samuxda vəziyyətin daha acınacaqlı olduğunu qeyd edən Eldarov Gəncədə yaxın saatlarda bütün problemlərin aradan qaldırılacağını söyləyib.

Çoxsahəli Mənzil Kommunal İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədov küləyin idarənin balansında olan bir neçə bina evinin dam örtüyünü sıradan çıxardığını qeyd edib. Onun bildirdiyinə görə, ümumilikdə Gəncədə 20-yə yaxın ağac kökündən çıxaraq elektrik naqillərinin üstünə aşıb, 40-a yaxın ağacın budaqları qırılaraq avtomobil yollarına düşüb.

Güclü külək həmçinin Azərbaycanın şimal və cənub bölgələrinə də ciddi ziyan vurub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti