...

Bakıda polisi qətlə yetirən şəxs tutulub

Hadisə Materials 30 May 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir K.Zərbalıyeva/ Bu gecə Bakıda polis əməkdaşını odlu silahdan qətlə yetirən şəxs tutulub. Suraxanı rayon Polis İdarəsindən bildirilib ki, əməliyyat zamanı Seymur Əliyevin açdığı atəş Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşı, baş leytenant Ramin Zamanova dəyib və polis zabiti hadisə yerində keçinib.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları bir neçə gün öncə baş vermiş cinayət hadisəsilə əlaqədar Binəqədi rayonu 28 May qəsəbəsində əməliyyat tədbirləri keçirən zaman cinayətkarlar polisə silahlı müqavimət göstəriblər.

Faktla bağlı cinayət içinin istintaqı Bakı şəhər Prokurorluğuna tapşırılıb.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti