...

Ağdamda toy mərasimində kütləvi zəhərlənmə qeydə alınıb

Hadisə Materials 11 İyul 2008 19:35 (UTC +04:00)
Ağdamda toy mərasimində kütləvi zəhərlənmə qeydə alınıb

Azərbaycan, Bərdə, 11 iyul / Trend , müxbir Ş.Cəliloğlu/ Respublikanın cənub - qərb bölgəsində, paytaxt Bakıdan 330 km aralıda yerləşən Ağdam rayonunda kütləvi zəhərlənmə qeydə alınıb. Rayonun Xındırıstan kəndində şadlıq evlərinin birində keçirilən toy mərasimində qida məsullarından zəhərlənmə baş verməsi ehtimal olunur. Xatırladaq ki, toy iyulun 9 da keçirilib. Ötən gün saat 21:30 radələrindən başlayaraq, Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Mərkəzi Xəstəxanaya toyda iştirak edənlər müraciət ediblər. Xəstəxananın baş həkiminin müavini Qara Qasımovun verdiyi məlumata görə, bu saata qədər xəstəxanaya 50 - dək Adam müraciət edib, hamısına tibbi yardım yöstərilib. Zəhərlənənlərin 6 nəfəri azyaşlı uşaq olduğu üçün Bərdə rayonunda yerləşən Uşaq Xəstəxanasına göndərilib. Baş həkimin müavini onu da bildirib ki, zəhərlənmə ilə müraciət edən insanlarda mədə-bağırsaq ağrıları və pozulması, ishal halları, oynaq və sinir, baş ağrıları müşahidə olununb. Baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyinə məlumat verilib, nazirliyin əməkdaşları rayona gələrək, toyda istifadə olunan qida məhsullarından analiz götürüləcək. Xatırladaq ki, zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı get-gedə artır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti