...

Azərbaycanlı sürücü yunanıstanlı baykeri Gürcüstanda öz maşını ilə əzib

Hadisə Materials 20 İyul 2008 14:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 iyul/ Trend müxbir N.Kirtsxalia/ Azərbaycanın vətəndaşı yunanıstanlı baykeri Gürcüstanda öz maşını ilə əzib.

Hadisə Senaki-Tbilisi avtomagistral yolunun Abaşa sahəsində baş verib.

Yunanıstanlı baykerlər Poti bərəsinə gəldikdən sonra Tbilisi istiqamətinə hərəkət etəməyə başladılar, lakin yolda azərbaycanlı öz taryleri ilə onların üstünə çıxıb.

Baykerlərdən biri ölmüş, digəri isə Abaşa xəstəxanasına çatdırılmışdır. Yerli idarəetmənin başçısı 50 baykeri yaşayış yeri və ərzaqınan təmin etmişdir. Mərhumun cəseti tibbi ekspertizanın keçirilməsi üçün Kutaisiyə çatdırılıb. Ekspertizanın keçirilməsində Yunanıstanın Gürcüstanda səfirliyinin əməkdaşlarıda iştirak edəcək.

Pekin olimpiadası ilə əlaqədər, Yunanınstanın "Zeytun yolu" mədəniyyət fondu motoyürüş təşkil etmişdir. Yürüş 14 iyul tərixdə Yunanıstandan başlamış və 31 avqust başa çatacaq. Marşrut Türkiyənin, Gürcüstanın, Azərbaycanın, Türkmənistanın, Özbəkistanın, Kazaxıstanın və Çinin ərazisindən keçir. Qayıdırkən yürüş iştirakçıları Monqolıstan, Rusiya, Ukrayna, Rumıniya, Serbiya və Bolqarıstanın ərazisindən keçəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti