Azərbaycan, Xaçmaz, 01 sentyabr / Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimalında (paytaxt Bakıdan 170 km aralıda) yerləşən Quba rayonunda ağır yol qəzası baş verib.
Trend -un bölgə müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Qubadan Zərdabi qəsəbəsinə gedən RAF markalı sərnişin avtobusu "Niva" markalı avtomobil və VAZ 2107 markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra RAF bir neçə dəfə aşıb.
Hadisə zamanı "Niva"nın sürücüsü Eldar İlyasbəyov hadisə yerində ölüb.
Avtobusun sürücüsü Qoşqar Məmmədov, sərnişinləri BəyliquluAbbasov Quba rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə, Pərviz Əhmədi isə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstələrin vəziyyəti ağırdır.
Hadisənin səbəbi araşdırılır. Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]