...

Sumqayıtda yeni inşa olunan çoxmərtəbəli yaşayış binasından üç fəhlə yıxılıb

Hadisə Materials 1 Sentyabr 2008 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Sumqayıtda yeni inşa olunan çoxmərtəbəli yaşayış binasından üç fəhlə yıxılıb.

Hadisənin şahidlərinin bazar ertəsi Trend -a verdiyi məlumata görə, Sumqayıtda, 9-cu mikrorayon ərazisində, Azərbaycan Neft Akademiyasının Sumqayıt filialının həyətində tikilən binanın 11-ci mərtəbəsində işləyən fəhlələrin yıxılmasına səbəb orada işləyən qaldırıcı qurğunun trosunun qırılması olub.

Faktı Sumqayıt şəhər Polis İdarəsindən təsdiqləyiblər. Bildiriblər ki, hadisə zamanı yıxılan fəhlələrdən biri ölüb, biri isə ağır bədən xəsarəti ilə Təcili Yardım Xəstəxanasına aparılıb.

Ölən və xəsarət alanların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Hadisə yerində şəhər prokurorluğunun və polis idarəsinin əməkdaşları araşdırma aparırlar. Tikintini aparan şirkət  haqqında da  hələlik məlumat yoxdur.

Мüəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti