Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nəsimi rayonu ərazisində Türkiyə vətəndaşına məxsus mağazadan pul və sənədlər oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin (RPİ) 22-ci polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 21-də saat 18:00 radələrində Səməd Vurgun küçəsi, 17 ünvanda yerləşən və Türkiyə vətəndaşı Mustafa Tayat Fərman oğlu tərəfindən içarəyə götürülən mağazadan içərisində 7600 manat pul, 2 ədəd paspot və 2 ədəd şəxsiyyət vəsiqəsi olan çanta oğurlanıb.
Hazırda oğurluq edən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi RPİ-dən Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.^
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]