...

Azərbaycanın cənubunda sel ana və balanı aparıb

Hadisə Materials 3 Oktyabr 2008 12:44 (UTC +04:00)
Azərbaycanın cənubunda sel ana və balanı aparıb

Azərbaycan, Lənkəran, 03 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 300 kilometr aralı) Astara rayonunda sel ana və balanı aparıb.

Astara rayonunun Düryə kənd sakinləri 1971-ci il təvəllüdlü Zəhra Sənan qızı Əzizova və onun qızı 11 yaşlı Səbinə Şahmar qızı Fərhadova dünən axşam saatlarında kəndin çayından keçərkən sel onları aparıb, cümə günü Trend -a Astara rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları üzrə şöbəsinin müdiri Kamil Kamilov bildirib.

Azərbaycanda qeyri-sabit hava şəraiti bir həftədir davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son 4 gündə ölkə ərazisində yağan intensiv yağışlar iki ayın normasına bərabərdir.

Kamilov bildirib ki, hər iki meyit bu gün səhər saatlarına kimi tapılıb.

Onun sözlərinə görə, rayonun Siyapark kəndində torpaq sürüşməsi nəticəsində sel Eldar Bağırova məxsus evi tamamilə dağıdıb. Digər 4 ev isə qəzalı vəziyyətə düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti