...

Bakıda İran səfirliyinin əməkdaşının evindən paltarları oğurlanıb

Hadisə Materials 11 Oktyabr 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr / Trend , müxbir S. Kazımlı / Bakının Yasamal rayonunda İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşının yaşadığı evdən oğurluq edilib.

Yasamal rayon Polis İdarəsinin 29-cı polis bölməsindən şənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 7-dən 8-nə keçən gecə naməlum şəxs Zahid Xəlilov keçəsi, 593-cü məhəllə, ev 1, mənzil 72-də yaşayan İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı Səid İmran Corabaşının yaşadığı mənzilin eyvanındakı paltarları oğurlayıblar.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilib tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Yasamal RPİ-nin 29-cu polis bölməsində təhqiqat aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti