Azərbaycan, Lənkəran, 13 oktyabr / Trend , müxbir R. Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 300 km məsafədə) Astara rayonunda 28 yaşlı qadının boğulmuş meyidi tapılıb.
Astara rayon məhkəmə tibb eksperti İqrar İmamverdiyev Trend -un bölgə müxbirinə bildirib ki, bazar günü gecə saatlarında rayonun Siyəku kəndində Fətəlioba məhəlləsində yaşayan Validə Fətullayevanın meyidi yaşadığı evin həyətində böğulmuş vəziyyətdə tapılıb.
Ekspert deyib ki, meyidin üzərində zorakılıqla boğulma əlamətləri var.
Mərhum ərindən ayrılıb və bir azyaşlı uşağı ilə həmin evdə yaşayırdı.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]