...

Azərbaycanın qərb bölgəsində yük qatarı 17 yaşlı qızı vurub

Hadisə Materials 14 Oktyabr 2008 18:32 (UTC +04:00)

Azərbaycan, Ağstafa, 14 oktyabr / Trend , müxbir T.Zaur / Azərbaycanın qərbində yerləşən Ağstafa (paytaxt Bakıdan 460 kilometr aralı) qatar 17 yaşlı qızı vuraraq öldürüb.

Ağstafa rayon Prokurorluğunun müstəntiqi Fikrət Həsənovun çərşənbə axşamı Trend -a verdiyi məlumata görə, bu gün saat 14:10 radələrində Gəncədən Böyük Kəsik stansiyasina hərəkət edən yük qatarı Tatlı-Ağstafa mənzilinin 89 - cu kilometrliyində qatar məktəbdən evə qayıdan 1991 - ci il təvəllüdlü Ağstafa şəhər sakini Nigar İslam qızı Cabbarlını vurub və o, hadisə yerində ölüb.

Müstəntiqin sözlərinə görə, Cabbarlı diqqətsizlik edərək hərəkətdə olan qatarın yoluna çıxıb. Qızı vuran maşınist Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini 1980 - ci il təvəllüdlü Rəcəb Talıb oğlu Rüstəmovdur.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti