...

Bakı Dövlət Universitetinin müəlliminin evindən külli miqdarda pul oğurlanıb

Hadisə Materials 8 Noyabr 2008 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Sabunçu rayonunda Bakı Dövlət Universitetinin müəlliminin evdən külli miqdarda pul oğurlanıb. Bu barədə Sabunçu rayon Polis İdarəsinin 15 - ci polis bölməsindən şənbə günü Trend - a məlumat verilib.

Məlumata görə, rayonun 1 - ci Zabrat qəsəbəsinin Puşkin küçəsi ev 6 ünvanında yaşayan, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim işləyən Güləhməd İmanov polisə müraciət edərək, bir neçə gün əvvəl evindən 80 min manat pul oğurlandığını bildirib. Hadisə zamanı evdə heç kəs olmayıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədilməsi (177.2.3 - cü) və külli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.3.2 - ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti