Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın Abşeron rayonunda baş vermiş qətl hadisəsini törətməkdə təqsirli bilinən şəxslər tutulub. Tutulan şəxslər ilkin dindirmə zamanı qətl törətmələrini etiraf ediblər. Bu bardə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a məlumat verilib.
Noyabrın 23-də Abşeron rayonu Saray qəsəbəsi ərazisində Habil Novruzovun əlləri yapışqanlı kağızla bağlanmış, burun və qabırğa sümükləri sınmış vəziyyətdə meyiti tapılıb.
Nazirliyin Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktla əlaqədar noyabrın 26-da Sumqayıt şəhər sakinləri Kamil Fərəcov və onun qaynı Nicat Paşayev şübhəli şəxs qismində saxlanılıb və Abşeron RPŞ-yə gətiriliblər. İlkin dindirmə zamanı onlar Novruzova qarşı törətdikləri qətl hadisəsini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]