...

Azərbaycanın cənubunda Lənkəran rayon sakini özünü güllələyib

Hadisə Materials 5 Dekabr 2008 10:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr cənubunda) 23 yaşlı sakin dekabrın 5-nə keçən gecə saat 02:00 radələrində özünü ov tüfəngi ilə güllələyib, Trend -un bölgə müxbiri məlumat verib.

Rayon sakini Ruslan Hüseynağa oğlu Axundov gecə xalası qızının toyundan çıxandan sonra ov tüfəngi ilə beyninə güllə açaraq öldürüb. Axundovun cibindən çıxan məktubda öz istəyi ilə öldüyü göstərilib.

Axundovun yaxınlarının bildirdiyinə görə, toyda onun mübahisəsi düşüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti