...

Bakıda sürücü öldürülüb

Hadisə Materials 18 Dekabr 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend müxbir S.Kazımlı/ Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Naməlum şəxslər sürücünü öldürüblər. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend - a məlumat verilib.

Məlumata görə, dekabrın 17 - də saat 16.30 radələrində Binəqədi rayonu Fatmayı bağlar sahəsindəki "Muğan" pansionatının yaxınlığında naməlum şəxslər "A -Lizinq" ATSC - nə məxsus "Azsamand" markalı avtomaşının sürücüsü, Ağdam rayon sakini Aşur Nəsirovu bıçaqla qətlə yetirib, cəmiyyətə məxsus avtomaşınla hadisə yerindən qaçıblar. Avtomaşın saat 21.30 radələrində Biləcəri qəsəbəsi ərazisində tapılıb. Hadisəni törədən şəxslərin tutulması üçün Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tərəfindən əməliyyat - axtarış tədbirləri aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti