...

Azərbaycanın cənub-qərbində kiçik çaplı sursatın partlaması nəticəsində bir nəfər  xəsarət alıb

Hadisə Materials 29 Yanvar 2009 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir  K.Zərbalıyeva/ Azərbaycanın cənub-qərbində yerləşən Füzuli rayonunda kiçik çaplı sursatın partlaması nəticəsində rayon sakini xəsarət alıb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, yanvarın 28-də saat 20 radələrində Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndi ərazisində 34 yaşlı Rövşən Həziyev həyətdə ocaq qalayarkən kiçik çaplı sursat partlayıb və o, qəlpə yarası alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Əraziyə ANAMA-nın mütəxəssisələri tərəfindən baxış keçirilib və həmin sursatın naməlum yerdən həyətə gətirildiyi müəyyən olunub.

2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, 105 hadisə zamanı 61 nəfər həlak olub, 138 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti