...

Azərbaycanın şimal-qərb bölgəsində saxta pul hazırlayan qrup aşkarlanıb

Hadisə Materials 29 Yanvar 2009 23:40 (UTC +04:00)

Azərbaycan, Şəki, 29 yanvar/ TrensNews, müxbir X.Əliyeva/ Azərbaycanın şimal qərb bölgəsi olan Şəkidə saxta pul hazırlayan qrup ashkarlanıb. Şəki rayon polis şöbəsinin rəis müavinin Niyazi Məmmədov bildirdi ki, bu güh səhər saatlarında daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində saxta pul hazırlamaqda şübhəli bğilinən iki şübhəli şəxs saxlanılıb. Məlum olub ki, son iki gündə təqaüdlərin və müavinətlərin verilməsindən istifadə edən Şəki sakinləri 1980-ci il tiəvəllüdlü Abdullayev Neyman Abdulla oğlu ve 1960-cı il təvəllüdlü Məmmədov Xeybər Məmməd oğlu rayonda yerləşən bankomatlar qarşısında yaşlı insanları aldadaraq onların pullarını saxta 20 tmanatlıq pullarla dəyişdirirdilər.

İlkin məlumata görə, 120 manat saxta pul əhalinin iistifadəsinə verilib. Polis şöbəsindən verilən məlumata görə, bu qrupun üzvlərinin daha çox olduğunu və bir çox insanların aldadılmasını bildirib.

Şəki polis əməkdaşları Şəki regional enerji təhcizatı idarəsində mühasib işləyən Heyman Abdullayevin evində axtarış aparan zaman pul çap edən avadanlıqş aşkar olunub.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti