...

Azərbaycanın paytaxtında beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 12 Mart 2009 17:02 (UTC +04:00)
Azərbaycanın paytaxtında beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbəliyeva /

Cümə axşamı Azərbaycanın paytaxtında, Prezident Aparatının yanındakı beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

"İstiqlaliyyət, 13 ünvanında yerləşən beşmərtəbəli binanın beşinci mərtəbəsindəki yanğının söndürülməsi üçün beş yanğınsöndürən maşın çağırılıb", - Trend -un hadisə yerində olan müxbiri xəbər verir.

Hazırda yanğın söndürülüb. Yanğın zamanı mənzildə heç kim olmayıb.

Alovun səbəbləri barədə heç bir məlumat yoxdur. Faktla bağlı təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti