...

Azərbaycanın qərbində bir nəfər iki qohumunu odlu silahla qətlə yetirib

Hadisə Materials 31 Mart 2009 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın qərbində yerləşən Daşkəsəndə (paytaxt Bakıdan 410 km məsafədə) rayon sakini iki qohumunu odlu silahla qətlə yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, rayonun Astav kəndində, kənd sakini Natiq Orucov sərxoş halda məişət münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq qardaşının arvadı Müşginaz Orucovanı yaralayıb, bacısının oğlu Nofər Orucovu isə öldürüb.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Orucova orada ölüb.

Orucovun tutulması üçün rayon polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti