...

McDermott şirkəti Bakıda baş verən faciə ilə bağlı başsağlığı verib

Hadisə Materials 1 May 2009 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir E.Tariverdiyeva / 

MakDermott Kaspian Kontraktorz, İnk. şirkətinin rəhbərliyi və bütün işçiləri aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında silahlı basqın nəticəsində qətlə yetirilmiş insanların ailələrinin dərdinə şərik olduqlarını bildirirlər.

"Biz baş vermiş faciə ilə bağlı olaraq, Azərbaycan hökumətinə dərin hüznlə başsağlığı verir və Azərbaycan xalqının kədərini bölüşürük", - deyə Trend -un redaksiyasına ünvanlanan məktubda bildirilir.

Cümə axşamı səhər Azərbaycan mənşəli Gürcüstan vətəndaşı Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda atəş açıb. Rəsmi məlumatlara görə, 12 nəfər həlak olub. Ölən və yaralananlar arasında Azərbaycan, Türkiyə, Suriya və digər ölkələrin vətəndaşları var. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar intihar edib.

Xəbər lenti

Xəbər lenti