...

Azərbaycan paytaxtında polis əməkdaşı qonşusunu bıçaqlayıb

Hadisə Materials 4 İyun 2009 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir H.Bağırov /
Azərbaycan paytaxtında polis əməkdaşı qonşusunu bıçaqlayıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsindən cümə axşamı Trend -a verilən məlumata görə, Gəncə prospekti, ev 15-in qarşısında Bakı şəhər sakini 45 yaşlı Məmməd Fikrət oğlu Bədəlov və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komendant xidmətinin polis əməkdaşı 22 yaşlı Bəşir Məhərrəm oğlu Nəcəfov mübahisə ediblər.

Mübahisə nəticəsində polis əməkdaşı qonşusunu döyüb və özündə olan bıçaqla ona xəsarət yetirib.

Faktla bağlı polis idarəsində təhqiqat aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend

Xəbər lenti

Xəbər lenti