...

Azərbaycanın cənubunda iki gənc su dəryaçasında boğulub

Hadisə Materials 20 Avqust 2009 19:41 (UTC +04:00)
Bu gün günorta saatlarında Lənkəran rayonunda iki nəfər Xanbulançay su dəryaçasında boğulub. Bu barədə Lənkəran rayon prokurorunun müavini Mülküm Mahmudov məlumat verib.
Azərbaycanın cənubunda iki gənc su dəryaçasında boğulub

Azərbaycan, Lənkəran, 20 avqust / Trend , müxbir P.Əliyeva /

Bu gün günorta saatlarında Lənkəran rayonunda iki nəfər Xanbulançay su dəryaçasında boğulub. Bu barədə Lənkəran rayon prokurorunun müavini Mülküm Mahmudov məlumat verib. Onun bildirdiyinə görə, İmişli şəhər sakinləri 1990-cı il təvəllüdlü Muradov Tural Zakir oğlu və 1993-cü il təvəllüdlü Muradov Etibar Bəxtiyar oğlu dəryaçada çimərkən boğulublar.

20-30 nəfər İmişli sakininin avtobusla Lənkərana - İstisuya dincəlmək məqsədilə gəldikləri, yolüstü Xanbulana baş çəkdikləri bildirilir. İki əmioğlu suya atıldıqdan bir qədər sonra suyun sərinliyi onlarda qıcolma yaradıb, hərəkətləri məhdudlaşıb, nəticədə suyun axını onları uzaqlaşdırıb. Gənclərin meyitləri 8 metr dərinlikdən tapılıb. Sərnişinlərin əksəriyyəti qadın olduğundan və üzə bilmədiklərindən onlara kömək etmək mümkün olmayıb.

Mahmudov mərhumların valideynlərinə məlumat verildiyini, onların Lənkərana gələrək meyitləri İmişliyə apardıqlarını deyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu, yay mövsümündə Lənkəranda, üçü Xanbulançayda olmaqla, altıncı boğulma hadisəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti