RED: əlavəsi: Sonuncu abzasa Daxili İUşlər Nazirliyinin məlumatı əlavə olunub
Azərbaycan, Bakı, 9 noyabr / Trend , muxbir K.Zərbalıyeva/ Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, Saray qəsəbəsində kanalizasiya xətti çəkmək məqsədi ilə qazıntı işləri aparılan zaman torpaq sürüşməsi baş verib.
Nəticədə 3 fəhlə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Nadir Aşurov polisə zəng edərək Saray qəsəbəsi Məmməd Araz küçəsində qazılmış quyuya 2 nəfərin düşməsi barədə məlumat verib. Saray qəsəbə sakini Miri Əliyevin həyətində Sumqayıt şəhər sakini Fikrət Kərimovla birgə quyu qazarkən torpağın altında qalıb, nəticədə Əliyev ölüb, Kərimov isə xəsarət alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]