...

Xəzər dənizində batan iki balıqçı xilas edilib

Hadisə Materials 9 Noyabr 2009 14:25 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, dənizin Abşeron rayonu ərazisində sahildən təxminən 3-4 km. aralıda göyərtəsində 2 nəfərin olduğu balıqçı qayığı çevrilib.
Xəzər dənizində batan iki balıqçı xilas edilib

Azərbaycan, Bakı, 9 noyabr / Trend , muxbir K.Zərbalıyeva/

Xəzər dənizində batan iki balıqçı xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, dənizin Abşeron rayonu ərazisində sahildən təxminən 3-4 km. aralıda göyərtəsində 2 nəfərin olduğu balıqçı qayığı çevrilib.

Balıqçılar suda batma təhlükəsi ilə üzləşiblər. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər onları xilas edərək aidiyyatı üzrə təhvil veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti