...

Tbilisi məktəbində "donuz qripi" ilə əlaqədar karantin elan edilib

Hadisə Materials 16 Noyabr 2009 20:45 (UTC +04:00)
Tbilisinin 162 saylı məktəbində ikigünlük karantin elan edilib. Bu qərar məktəb rəhbərliyi tərəfindən məktəbdə təhsil alan iki şagirddə A/H1N1 virusu aşkar edildikdən sonra verilib.
Tbilisi məktəbində "donuz qripi" ilə əlaqədar karantin elan edilib

Gürcüstan, Tbilisi, 16 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Tbilisinin 162 saylı məktəbində ikigünlük karantin elan edilib. Bu qərar məktəb rəhbərliyi tərəfindən məktəbdə təhsil alan iki şagirddə A/H1N1 virusu aşkar edildikdən sonra verilib.

Həkimlərin məlumatına görə, qrip yüngül formadadır və xəstələr tezliklə sağalacaqlar.

Buna baxmayaraq, valideynlərin tələbi ilə məktəbdə tam dezinfeksiyalaşdırma işləri aparılır.

Bununla yanaşı, Xəstələrə Nəzarət üzrə Milli Mərkəzdə məktəbdə dezinfeksiya işlərinin aparılmasını zəruri hesab etmirlər.

Lakin məktəb rəhbərliyi karantin elan etməyə qərar verib. Dərs prosesi çərşənbə günündən bərpa ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti