...

Azərbaycanda dövlət qoruğunun rəisini güllələyiblər

Hadisə Materials 17 Noyabr 2009 20:06 (UTC +04:00)
Bu gün axşam saat 18:00 iradələrində Goranboy rayonunda odlu silahla cinayət hadisəsi törədilib.
Azərbaycanda dövlət qoruğunun rəisini güllələyiblər

Azərbaycan, Bərdə, 17 noyabr / Trend , müxbir Ş.Cəliloğlu/

Bu gün axşam saat 18:00 radələrində Goranboy rayonunda odlu silahla cinayət hadisəsi törədilib.

Korçay Dövlət Təbiət Qoruğunun rəisi Bağırov Emin Gündüz oğlu qanunsuz ov edən naməlum şəxslər tərəfindən odlu silahla vurulub. Yaralı Gəncə şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Goranboy rayon polis şöbəsindən Trend -a verilən məlumata görə, hadisənin hansı silahdan törədildiyi dəqiq məlum deyil. Faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb və araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti