...

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində Azərbaycan Ordusunun əsgəri həlak olub

Hadisə Materials 29 Dekabr 2009 13:43 (UTC +04:00)
Trend News-a etibarlı mənbədən məlumat verilib ki, Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Niftəliyev Ramin Elman oğlu ürək nahiyyəsində aldığı güllə yarasından həlak olub.
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində Azərbaycan Ordusunun əsgəri həlak olub.

Trend -a etibarlı mənbədən məlumat verilib ki, Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Niftəliyev Ramin Elman oğlu ürək nahiyyəsində aldığı güllə yarasından həlak olub. Hələ ki, hərbi qulluqçunun ölümünün təfsilatı barədə dəqiq məlumat yoxdur. İstintaq davam edir.

Niftəliyev həqiqi hərbi xidmətə 2009-cu ilin yanvar ayında Qusar rayon Hərbi Komissarlığından çağırılıb.

Azərbaycanın Müdafiə Nazirliyində hələ ki, əsgərin ölümü barədə məlumat yoxdur. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend -a deyib.

Xəbər lenti

Xəbər lenti