...

Son bir ayda Tehranda tanınmış şəxsiyyətlərin 13 heykəli oğurlanıb

Hadisə Materials 4 May 2010 13:22 (UTC +04:00)
Tehranda son bir ay ərzində şəhərin müxtəlif yerlərində ucaldılmış tanınmış şəxslərin heykəllərinin oğurlanması davam edir. Ötən gün Əbu Səid Əbul-Xeyrin Müniriyyə meydanındakı heykəl də oğurlanıb. Bununla da oğurlanmış heykəllərin sayı 13-ə çatıb. Bu barədə Trend İranın "jamejamonline" internet qəzetinə istinadən məlumat verir.
Son bir ayda Tehranda tanınmış şəxsiyyətlərin 13 heykəli oğurlanıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Cəfərov/

Tehranda son bir ay ərzində şəhərin müxtəlif yerlərində ucaldılmış tanınmış şəxslərin heykəllərinin oğurlanması davam edir. Ötən gün Əbu Səid Əbul-Xeyrin Müniriyyə meydanındakı heykəl də oğurlanıb. Bununla da oğurlanmış heykəllərin sayı 13-ə çatıb. Bu barədə Trend İranın "jamejamonline" internet qəzetinə istinadən məlumat verir.

Bundan öncə tanınmış şəxslərdən Tehran şəhər teatrının qarşısında ucaldılmış Məhəmmədhüseyn Şəhriyar, Şəhrara xiyabanında Bağırxan, Millət parkından Səni Xatəm, Qərb şəhərciyində İbn Sina və başqa tanınmış şəxsiyyətlərin heykəlləri oğurlanıb.

Tehran Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, heykəllər bürüncdən olduğundan, ehtimal edilir ki, naməlum şəxslər tərəfindən oğurlanır.

Xəbər lenti

Xəbər lenti