...

Azərbaycan ərazisində sel sularının axını nəticəsində çoxlu sayda mina və partlamamış hərbi sursatlar aşkar edilib

Hadisə Materials 14 May 2010 17:14 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, yerli icra orqanlarının ANAMA-ya müraciətinə əsasən Agentliyin ÇƏQ və minatəmizləmə qrupları sel suları ilə axıb gələn mina və PHS-lərin zərərsizləşdirilməsi əməliyyatlarını yerinə yetiriblər.
Azərbaycan ərazisində sel sularının axını nəticəsində çoxlu sayda mina və partlamamış hərbi sursatlar aşkar edilib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Son günlər respublika ərazisində yağan güclü yağışlar nəticəsində Ağdam, Tərtər və Bərdə rayonlarından və mənbəyi erməni separatçı hərbi qüvvələrinin nəzarətində olan bəzi ərazilərdən keçən çaylardan sel sularının axını nəticəsində çoxlu sayda mina və partlamamış hərbi sursatlar aşkar edilib.

Xəbər lenti

Xəbər lenti