...

ARDNŞ-in iki əməkdaşının meyiti su quyusundan tapılıb - FHN

Hadisə Materials 18 Avqust 2010 17:56 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet-saytının çərşənbə günü yaydığı məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda su quyusunda 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
ARDNŞ-in iki əməkdaşının meyiti su quyusundan tapılıb - FHN

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir K.Zərbalıyeva/

ARDNŞ-in iki əməkdaşının meyiti su quyusundan tapılıb.

Fövqəladə Hallar Nazirliyinin internet-saytının çərşənbə günü yaydığı məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda su quyusunda 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin su təsərrüfatının əməkdaşları 1948-ci il təvəllüdlü İlyas Rzayev və 1977-ci il təvəllüdlü Üzeyir Babayev, təxminən, 15 metr dərinliyində olan su quyusunda təmir işləri apararkən huşsuz halda tapılıblar.

Xilasedicilər həmin şəxslərin vəfat etdiklərini müəyyənləşdiriblər.

Xəbər lenti

Xəbər lenti