Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir H.Bağırov/
Azərbaycan paytaxtında Türkiyə vətəndaşı qarət edilib.
Xətai Rayon Polis İdarəsindən şənbə günü Trend-ə verilən məlumata görə, rayonun Telnov küçəsində yerləşən kafedə Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü Özman Habil Şaban oğlunun 1 200 dollar pulu masanın üstündə olarkən naməlum şəxs tərəfindən oğurlanıb.
Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları oğurluq edən şəxsin müəyyən edilərək tutulması üçün tədbirlər həyata keçirirlər.
Faktla bağlı araşdırma aparılır.