...

Vladiqafqazda baş vermiş terror aktında həlak olan azərbaycanlılar bu gün dəfn ediləcək – şəhər administrasiyası

Hadisə Materials 10 Sentyabr 2010 14:09 (UTC +04:00)
Dünən Vladiqafqaz şəhərinin mərkəzi bazarında baş vermiş terror aktı nəticəsində həlak olan azərbaycanlılar bu gün Vladiqafqazda dəfn ediləcək.
Vladiqafqazda baş vermiş terror aktında həlak olan azərbaycanlılar bu gün dəfn ediləcək – şəhər administrasiyası

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Ağayeva/

Dünən Vladiqafqaz şəhərinin mərkəzi bazarında baş vermiş terror aktı nəticəsində həlak olan azərbaycanlılar bu gün Vladiqafqazda dəfn ediləcək. Bu barədə Trend-ə şəhər administrasiyasının mətbuat katibi Diana Saliyeva məlumat verib.

"Partlayışda bir yaş yarımlıq Elnur Aşinov və onun nənəsi Yasəmən Məmmədova həlak olublar", - Saliyeva təsdiq edib.

Onun sözlərinə görə, daha iki zərərçəkmiş azərbaycanlı - Aşinova Elvira və onun oğlu Aşinov Rəşad Moskva xəstəxanasına çatdırılıblar.

"Terror aktı zamanı zərərçəkənlər arasında tam adı hələ ki dəqiqləşdirilməyən Əliyev soyadlı daha bir azərbaycanlı da var", - şəhər administrasiyasının nümayəndəsi deyib.

RF Səhiyyə Nazirliyinin son məlumatlarına əsasən, faciə 17 nəfərin həyatına son qoyub. Respublika xəsətəxanalarında 107 yaralı var ki, onlardan üçünün vəziyyəti ağırdır. Daha 11 zərərçəkən isə gecə saatlarında FHN-in xüsusi reysi ilə Moskva klinikalarına yerləşdirilib.

Cümə axşamı Vladiqafqazın mərkəzi bazarının girişində ən qələbəlik vaxtda - saat 11:15 radələrində partlayış baş verib. Terrorçu minalanmış maşında 30-40 kq gücündə dağıdıcı trotil elementləri olan partlayıcı qurğunu işə salıb. Partlayış yerində diametri 1,5 metr, dərinliyi 70 santimetrə qədər olan çala yaranıb.

Terror aktınının törədilməsində şübhəli bilinən üç nəfər artıq saxlanılıb. Partlamış maşının sahibi müəyyən edilsə də, sükan arxasında başqa şəxs olub.

Xəbər lenti

Xəbər lenti