...

Azərbaycanda YNH-də yaralanan iki hərbçi xəstəxanada vəfat edib

Hadisə Materials 24 Sentyabr 2010 11:34 (UTC +04:00)
Azərbaycanda YNH-də yaralanan iki hərbçi xəstəxanada vəfat edib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidməti rəisinin müavini Teymur Abdullayev məlumat verib.
Azərbaycanda YNH-də yaralanan iki hərbçi xəstəxanada vəfat edib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda YNH-də yaralanan iki hərbçi xəstəxanada vəfat edib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidməti rəisinin müavini Teymur Abdullayev məlumat verib.

Hərbi maşın Bakının 30-35 kilometrliyində yerləşən Zeynalabdın Tağıyev qəsəbəsi ərazisində çevrilib. Yol-nəqliyyat hadisəsi nəticəsində bir hərbi qulluqçu həlak olub, ikisi yaralanıb. Bu barədə Trend-ə Dövlət Yol Polisi mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib.

Yaralananlar 1975-ci il təvəllüdlü Qasımov Məzahir Soltan oğlu və 1978-ci il təvəllüdlü Şirinov Səbuhi Balağa oğlu qəzadan sonra yerləşdirildikləri xəstəxanada vəfat ediblər.

Hərbi avtomobil körpüdə dönərkən çevrilib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti