Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda metronun iki stansiyasına partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumatlar təsdiqini tapmayıb.
Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, nazirliyə Bakı şəhəri Bakı Metropoliteninin "20 Yanvar" və "Nəriman Nərimanov" stansiyalarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər və hadisə yerində olan hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyalarda və yaxınlıqda şübhəli əşya aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.